"Avropa İttifaqı Ukraynanın üzvlük danışıqlarına başlamamalıdır " - Orbandan çağırış
Noyabr 10
15:02
2023
Baş nazir Viktor Orban cümə günü dövlət radiosuna verdiyi açıqlamada bildirib ki, Avropa İttifaqı (Aİ) Ukrayna ilə üzvlük danışıqlarına başlamamalıdır. Bunun Macarıstanın məsələ ilə bağlı "aydın mövqeyi" olduğunu vurğulayıb.
İstənilən belə qərar ittifaqın 27 üzvünün yekdil səsini tələb edir və Macarıstan əsas potensial maneə kimi görünür.
Xatırladaq ki, Macarıstan Azərbaycanın anti-terror əməliyyatlarına qarşı Aİ-nin birgə bəyannaməsini bloklayan yeganə üzv ölkə kimi yadda qalıb.
«AzPolitika.info» bu barədə «Reuters» agentliyinə istinadla xəbər verib.
Aİ ölkələrinin liderləri dekabrın ortalarında Komissiyanın Kiyevin üzvlüyə dəvət qərarını verməlidirlər.
Bundan əvvəl Macarıstan hökumətinin rəsmisi bildirmişdi ki, Ukraynada etnik macarlara da təsir edən təhsil dili haqqında qanuna dəyişikliklər edilməyincə, rəsmi Budapeşt Ukraynanın Aİ-yə üzvlüyünə mane olacaq.