Avropa Birliyi Yanukoviç üzərindən sanksiyaları götürür
Yanvar 02
20:35
2016
Avropa Birliyində (AB) Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və komandasına qarşı tətbiq elədiyi sanksiyaların götürülməsi mümkünlüyünə baxılır.
Musavat.com-un məlumatına görə, bu barədə "The Wall Street Journal” nəşri xəbər verib.
Jurnalın avropalı məmurlar sırasındakı mənbələrinindən alınan xəbərlərə görə, Yanukoviç üzərindən maliyyə və viza məhdudiyyətləri 2016-c ilin yazında götürülə bilər.
Bu, onunla əlaqədardır ki, rəsmi Kiyev indiyədək ona qarşı dövlət əmlakının qanunsuz mənimsənilməsi şübhəsi üzrə cinayət ittihamları irəli sürməyib.
2014-cü ilin martında AB Yanukoviç başda olmaqla Ukraynanın 18 keçmiş məmurunun öz ərazisinə keçməsini qadağan edib və onların bank hesablarına həbs qoyub.



