“Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq” - Rusiya Baş nazirinin müavini
Aprel 03
09:01
2021
"Aprel-may aylarında koronavirus mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq”.
APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: "Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir”.