SON XƏBƏR

Ankara seçkilərlə bağlı ABŞ-ın iradına cavab verdi

Aprel 03
14:50 2019
Türkiyədə bələdiyyə seçkiləri demokratik və şəffaf şəraitdə keçib.

Bunu Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy ABŞ Dövlət Departamentinin rəsmisi Robert Palladinonun "Türkiyə hakimiyyəti bələdiyyə seçkilərinin leqitim nəticələrini tanımalıdır” çağırışına cavab olaraq deyib.

"Heç bir dövlətin demokratiya çərçivəsindən kənara çıxaraq başqa ölkələrdəki seçki proseslərinə müdaxilə etmək, eləcə də, özünü səsvermə nəticələrinin leqitimliyini təsdiqləyən qanuni mənbə kimi göstərmək hüququ yoxdur. Bütün tərəfləri Türkiyədəki siyasi qüvvələr arasındakı demokratik və hüquqi mübarizəyə hörmət etməyə çağırırıq” – Aksoy bəyan edib.

Azvision.az xatırladır ki, 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul meri postu uğrunda mübarizədə rəqibi Cümhuriyyət Xalq Partiyasına uduzan (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə Ali Seçki Komissiyasına (ASK) seçkilərin ilkin nəticələri ilə bağlı apellyasiya şikayəti verib. ASK-nın açıqladığı və hələlik rəsmi olmayan nəticələrə görə, İstanbuldakı seçkiləri 48,79% səslə müxalif CHP-nin namizədi Əkrəm İmamoğlu qazanıb.

Hakim partiyanın namizədi Binəli Yıldırım ondan 24 minə yaxın səslə geri qalıb. AKP iddia edir ki, səslərin sayılmasında ciddi pozuntular olub və Yıldırımın xeyrinə verilən 2675 səs seçki komissiyaları tərəfindən yekun protokollarda qeydə alınmayıb. Bununla bağlı sübutlarının olduğunu deyən AKP həm də, bir çox seçki məntəqələrində Yıldırıma verilən səslərin ya qəsdən etibarsız hesab olunduğunu, ya da İmamoğlunun adına yazıldığını bildirir. Nəticədə, AKP-nin müraciəti əsasında ASK İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook