SON XƏBƏR

Angela Merkel G8-ə qayıtması üçün Rusiya qarşısında şərt qoydu

İyun 11
11:56 2018
Rusiyanın "Böyük səkkizlik” (G8) formatında danışıqlar masasına qayıtması, yalnız Ukrayna münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının icrasında irəliləyiş olarsa mümkündür. "Russia Today” yazır ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

Merkel vurğulayıb ki, böhranların həllində Rusiya Qərb ölkələrinə lazımdır, amma onun G8 formatına qayıtması üçün Şərqi Ukraynadakı münaqişədə gərginliyin azaldılması olduqca vacibdir.

İyunun 6-da Bundestaqdakı çıxışında isə, Merkel mövcud fikir ayrılıqlarına baxmayaarq, Rusiya ilə dialoqun Almaniya üçün əhəmiyyətli olduğunu və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini bəyan etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyasız G7 ölkələri liderlərinin görüşünün keçirilməsini əhəmiyyətsiz adlandıraraq bəyan etmişdi ki, Rusiya mütləq "Böyük səkkizliyin” tərkibinə qaytarılmalıdır. Lakin Avropa ölkələri buna qəti etiraz ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook