SON XƏBƏR

Anası şəhidimizin tabutunu çiynində daşıdı - Video

Aprel 12
12:59 2016
Orucəliyev Qabil aprelin 2-dən bu günə qədər cəbhədə davam edən gərginlik zamanı şəhid olan əsgərlərimizdəndir.

Vətən uğrunda şəhid olan Orucəliyev Qabilin meyiti ailəsinə təhvil verilib.

Şəhidimizin dəfn mərasimində anası oğlunun tabutunu çiynində daşıyıb. 

Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində Naxçıvan sakinləri şəhidi son mənzilə yola salıblar. Anası isə həm şərəflə , həm göz yaşı ilə balası ilə sağollaşıb. 

Xatırladaq ki, Q.Orucəliyev yenicə ata olubmuş. 

Yeni doğulan körpəsini görməmiş həyata gözlərini yuman əsgərin dəfn mərasimindən görüntüləri təqdim edirik:
 

(Moderator.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook