Almaniya Rusiyaya rədd cavabı verdi
Dekabr 06
12:44
2015
Almaniya İŞİD-ə qarşı mübarizədə Rusiya ilə ittifaq yaratmayacaq. Cebhe.info xəbər verir ki, bunu Almaniya kanslerinin administrasiya rəhbəri Peter Altmayer yerli mətbuata müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya ilə İŞİD-lə mübarizə məsələsinə həsr edilən müzakirələrdə birgə iştirak etmələrinə baxmayaraq müttəfiqlik mümkün deyil: "Biz Rusiya ilə bərabər bir masa arxasında otururuq. Ancaq Rusiya ilə eyni alyansa daxil olmayacağıq”.
Xatırladaq ki, Bundestaq terror təşkilatı ilə mübarizəyə həsr edilən layihəni təsdiqləyib. Sənədə əsasən mübarizə 1 il davam edəcək və dəyəri 134 milyon avro olacaq. Almaniya aviasiyasının İŞİD-ə zərbələrinin yanvar ayında başlayacağı ehtimal olunur.



