SON XƏBƏR

Almaniya ilk dəfə Rusiyanın 720 milyonluq aktivini müsadirə edə bilər

Dekabr 20
17:14 2023
Almaniyanın Baş prokuroru Peter Frank Rusiyanın 720 milyon avrodan çox aktivini müsadirə etmək istəyir. İndiyə qədər ölkələr yalnız terrorçu-ölkə şirkətlərinin aktivlərini dondurub.

Bu barədə Qaynarinfo Almaniyanın "Spiegel” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Almaniya federal prokurorluğu artıq Frankfurt-Maynın Ali Regional Məhkəməsinə ərizə verib. Prokurorluq Moskva Fond Birjasının törəmə şirkəti tərəfindən ABŞ-ın J.P Morgan bankının Almaniya filialına yerləşdirdiyi dondurulmuş 720 milyon avrodan çox vəsaiti dövlət xəzinəsinə qaytarmağı planlaşdırır.

"İndiyədək Almaniya yalnız Aİ-nin sanksiya siyahısında olan Rusiya şirkətlərinin aktivlərini dondurub. Şirkətlərdən birinin pullarının yoxa çıxmasını istəməsi ilə əlaqədar Federal Prokurorluq hərəkətə keçib: Pul dövlət xəzinəsinə daxil olmalıdır. Əvvəllər belə şey heç vaxt olmamışdı”, - nəşr yazır.

"Spiegel”in məlumatına görə, artıq Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcında, varlı rusiyalıların aktivlərinin yarıdan çoxu ilk sanksiyaların tətbiqindən əvvəl Aİ-dən "sızıb”. Həmin vaxt rusiyalıların pullarına "əl qoymaq” üçün adekvat qanunlar yox idi.

Çətinlikləri həll etmək üçün kəşfiyyatın Federal Dəftərxanada keçmiş koordinatoru Yohannes Qeysmann başçılıq etdiyi "işçi qrupu” yaradıldı. Eyni zamanda, qarışıq şirkət strukturları olan "sxemlər" hələ də problem olaraq qalır, çünki onlar faktiki sahibi sübut etməyi çətinləşdirir.

Keçən il Almaniya dondurulmuş aktivlərin ümumi məbləğini beş milyard avrodan bir qədər az qiymətləndirib.

"Əgər Federal Prokurorluq Frankfurt-Maynda məhkəmədə qalib gəlsə, o zaman 700 milyon avrodan çox vəsait federal büdcəyə daxil olacaq. Bu pulların konkret məqsədləri olmayacq. Daha əvvəllər Rusiya vəsaitlərinin müsadirə edilməsi və onlardan Ukraynaya kömək etmək üçün istifadə edilməsi ilə bağlı çağırışlar olub”, - nəşr qeyd edir.

J.P. Morgan Moskva Birjasının digər törəmə şirkəti olan Milli Klirinq Korporasiyasının Commerzbank-dakı hesabına 720 milyondan çox vəsaitin köçürülməli olduğu ödəniş tapşırığı alıb. Lakin aidiyyəti olan banklar köçürməni həyata keçirməyib.

"Karlsruedəki müstəntiqlərin fikrincə, pul cinayət kimi müsadirə edilə bilər, çünki ödəniş tapşırığı Aİ-nin sanksiyalarından yayınmaq cəhdi olub. Göründüyü kimi, cinayətkarların həbsinə ümid olmadığı üçün dövlət pulu məhkəmə qərarı ilə müsadirə edə bilər", - Spiegel qeyd edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook