SON XƏBƏR

Almaniya bu turnirin ən böyük favoritidir - Macarıstan millisinin baş məşqçisi

İyun 20
07:52 2024
Almaniya bu turnirin ən böyük favoritidir.

"Report" xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis oyun ərzində bir çox səhvlərə yol verdiklərini söyləyib: "Futbol səhvsiz olmur, biz də Almaniya ilə matçda bunu etdik. Almaniya kimi yığma komandalar çox güclü oyun sərgiləyirlər. Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır. Onların dünya səviyyəli futbolçuları var. Bizim də oyun boyu şanslarımız oldu, lakin yararlana bilmədik. Almaniya bu turnirin ən böyük favoritidir".

Qeyd edək ki, A qrupunun matçında Macarıstan Almaniya yığmasına 0:2 hesabı ilə məğlub olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook