Alim Qasımov “doğranmış xəritə” altında oxumasını dandı - VİDEO
Sentyabr 18
01:27
2020
Xalq artisti Alim Qasımovun "Hədəfim Hüseyndir” adlı klipi ciddi qalmaqala səbəb olub.
Xanəndənin ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritənin yer alması sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb və xanəndə buna görə sərt tənqid atəşinə tutulub.
Azərbaycanın "doğranmış” xəritəsinin xanəndənin klipinə necə düşməsi barədə Yenicag.az-a açıqlama verən Xalq artistinin köməkçisi Səadət Möhübova o görüntünün klipə sonradan əlavə olunduğunu bildirib və bunu Alim Qasımova qarşı təxribat adlandırıb:
Mövzuya aid videomaterialı təqdim edirik: