SON XƏBƏR

Alim Çernobıl qəzasının nəticələri barədə mifləri dağıtdı

Aprel 26
11:05 2021
Federal Dövlət Büdcə Qurumunun İnsan və Ətraf Mühitin Radiometrik və Spektrometrik Tədqiqatları Laboratoriyasının rəhbəri Vladimir Yatsenko "İzvestiya" qəzetinə verdiyi müsahibədə Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın nəticələri barədə ən çox hansı mifin onu heyrətləndirdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, alim qəza nəticəsində üç ayaqlı, iki başlı heyvanların görünməyə başlaması barədə məşhur mifi darmadağın edib. Tədqiqatçı deyib ki, heyvanlarda genetik qüsurlar ola bilər, ancaq Çernobıl səbəbiylə deyil. Onun sözlərinə görə, sapmaları olan buzovlar daha əvvəl də doğulub, lakin onlar ya ölüblər, ya da sadəcə onları atıblar, nəticədə isə bu fəlakətə daha çox diqqət göstərilməyə başlanıb və bunu radiasiyanın təsiri ilə əsaslandırıblar.

Fizik radiasiya şüalanmasının təsiri nəticəsində meydana gələn genetik dəyişikliklərin ehtimalının az olduğuna diqqət çəkib. Yatsenko partlayışdan əziyyət çəkən Pripyata səfərin hazırda təhlükəsiz olduğunu düşünür. O, əlavə edib ki, bütöv bir mütəxəssis qrupu oradakı vəziyyəti müşahidə edir.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook