SON XƏBƏR

"Akıncı" bu məsafədən hədəfi vurdu - VİDEO

Aprel 01
16:34 2023
"Bayraktar Akıncı” PUA-sı "İHA-230” raketi ilə həyata keçirdiyi sınaq atəşində 140 kilometrdəki şərti hədəfi yüksək dəqiqliklə vurmağı bacarıb.

"AzPoltika.info” xəbər verir ki, bu barədə "Baykar” şirkətindən məlumat verilib.

"Baykar” tərəfindən verilən açıqlamaya görə, milli istehsalçı tərəfindən hazırlanan "Bayraktar Akıncı”da yerli istehsal olan yeni sursat və sistemlərin inteqrasiyası uğurla davam edir.

Bu çərçivədə, "Roketsan” şirkəti tərəfindən hazırlanan Türkiyənin ilk səsdən sürətli hava-yer raketi "İHA-230” ilə martın 31-də həyata keçirilən sınaq atışlarının uğurla tamamlandığı vurğulanıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook