Akif Çovdarovun 30 milyonluq əmlakları ilə bağlı məhkəmə iclası təxirə salınıb
Mart 13
12:02
2024
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun müsadirə olunmuş əmlakları ilə bağlı məhkəmə iclası təxirə salınıb.
"Report” xəbər verir ki, kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda baxılmalı idi.
Qeyd edək ki, ötən il sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq generalın 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.