Ailə Sağlamlıq Mərkəzində istifadə edilməyən narkotik vasitələr həkimlər tərəfindən təhvil verilməyib
Fevral 28
17:37
2024
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi aşkarlanıb.
Hesablama Palatasından APA-ya verilən xəbərə görə,Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılan audit zamanı toplanmış audit sübutları ilə Xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkar edilib.
Qlobal.az