SON XƏBƏR

AFFA Hakimlər Komitəsinin sədri Əliyar Ağayevin səhv qərar qəbul etdiyini təsdiqlədi

Noyabr 13
00:15 2025
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, "Şamaxı" - "İmişli" (1:0), "Sumqayıt" - "Qəbələ"(2:0), "Araz-Naxçıvan" - "Karvan-Yevlax" (2:1), "Sabah" - "Kəpəz" (3:1), "Zirə" - "Turan Tovuz" (0:0) və "Qarabağ" - "Neftçi" (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin "Zirə" - "Turan Tovuz" matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin "sarı" ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook