SON XƏBƏR

“AFB Bank”ın sahibinin sığorta biznesində 2,6 milyonluq azalma

Dekabr 01
17:10 2023
2023-cü ilin yanvar-oktyabr aylarında "AzSığorta" şirkəti 7,18 milyon manat sığorta haqqı toplaya bilib.

Valyuta.az-ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 2,6 milyon manat olub. 2022-ci ilin ilk on ayında "AzSığorta"nın yığımları 9,8 milyon manat təşkil etmişdi. 

Bu dövrdə yığımlarla yanaşı, sığorta şirkətinin ödənişləri də azalıb. "AzSığorta"nın sığorta ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk on ayında 14,4% və ya 1,13 milyon manat azalaraq 6,74 milyon manata enib. 2022-ci ilin eyni dövründə bu rəqəm 7,87 milyon manat təşkil edib.

Yığımların ödənişlərə nisbətən daha çox azalması şirkətin zərərliliyini də artırıb. Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayında "AzSığorta" topladığı hər 100 manatdan 80,2 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm hər 100 manata görə 94 manata yüksəlib. 

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook