SON XƏBƏR

Səbinə Kətanovaya qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi

May 03
09:42 2024
Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
Qeyd: V.Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır. Təqsirləndirilən şəxs ona 130 min manatdan çox zərər vurduğu bildirilir. İş üzrə 17 nəfər zərərçəkən şəxs olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook