SON XƏBƏR

Ağcabədidə keçirilən yarmarkada məhsullar 20-30 faiz ucuz satılıb

Fevral 13
16:57 2016
Ağcabədi rayonunda əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədilə ayda iki dəfə ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunur.
 
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi stadionunda keçirilən növbəti yarmarkada rayonun kəndlərindən və rayon mərkəzindən fermer və sahibkarlar tərəfindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub.
 
Məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuz satılıb. Un (50 kq) 21 manata, mal əti 4 manata, qoyun əti 5 manata, kartof 60 qəpiyə, yumurta 10 qəpiyə təklif olunub.
 
Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook