ABŞ Suriyada quru əməliyyatlarına başlaya bilər
Oktyabr 28
04:28
2015
ABŞ müdafiə naziri Eşton Karter, Suriya və İraqda İŞİD-ə qrşı mübarizədə müttəfiqlərini daha çox dəstəkləyəcəklərini və hücumları artıracaqlarını bəyan edib.
Karter quru əməliyyatlarına start verəcəklərini də istisna etməyib.
O, ABŞ Senatının Silahlı Xidmətlər Komitəsində təşkil edilən "Orta Şərqdə hərbi strategiya” adlı iclasda senatorların suallarını cavablandırarkən belə deyib.
Pentaqon rəhbəri ABŞ və koalisiya qüvvələrinin daha çox Rakka, Ənbar və Ramadi şəhərlərinə diqqət ayıracaqlarını bildirib.



