ABŞ rəsmisindən şok açıqlama: “İrana zərbələr endirə bilərik”
May 26
03:05
2022
Lazım gələrsə, ABŞ İranı cilovlamaq üçün zərbələr endirməyə hazırdır.
Bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.
Bütün bunlar İranın öz pilotsuz uçuş aparatlarını, ballistik raketlərini, hərbi avadanlığını silahlı qruplara və qeyri-dövlət subyektlərinə daşımaq imkanını məhdudlaşdırmaq və bu yolla əldə edilən maliyyə axınını kəsmək, həmçinin, lazım gələrsə, müdafiə zərbələri endirmək, İranı, tərəfdaşlarını və onun əli ilə fəaliyyət göstərən qüvvələri bizə hücum etməkdən çəkindirmək məqsədi daşıyır”, - deyə Melli bildirib.//OXU.AZ