ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot elan edib
							Dekabr 07
									
										02:25
										2021
									
								ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.
"Report” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

				
				
				
				
				
				

