ABŞ Prezidentinin iştirakı ilə İordaniyada keçiriləcək dördtərəfli görüş ləğv edilib
Oktyabr 18
11:24
2023
ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə İordaniyada keçiriləcək dördtərəfli görüş ləğv edilib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, İordaniya Fələstin və Misir liderlərinin də qatılacağı zirvə görüşünün baş tutmayacağını açıqlayıb.
Zirvə görüşünün Qəzzadakı xəstəxananın vurulmasından sonra Fələstin lideri Mahmud Abbasın toplantıya qatılmasından imtina etməsi səbəbindən ləğv olunduğu bildirilir.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Cozef Bayden İsrailə səfərə yola düşüb. Baydenin buradan Əmmana gedərək İordaniya kralı II Abdullahla görüşəcəyi, daha sonra isə II Abdullahın evsahibliyi edəcəyi və Fələstin Prezidenti Mahmud Abbas ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin qatılacağı dördtərəfli sammitdə iştirak edəcəyi gözlənilirdi.