SON XƏBƏR

ABŞ ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir (SƏBƏB)

Dekabr 21
08:03 2019
ABŞ Şimali Koreyadakı durumla bağlı ordunun yüksək səviyyəli döyüş hazırlığı vəziyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu haqda 20 dekabr cümə günü ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Birliyinin komandiri general Mark Milli "Yonhap News"a deyib.

"Biz hər şeyə hazırıq",- Milli, KXDR Xarici İşlər naziri Lee Tae Songın Pxenyanın ABŞ üçün "Milad hədiyyəsi" fikriyilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, dekabrın 14-də KXDR ABŞ-ın nüvə təhlükəsindən qorunmaq lazım olduğunu bəyan edib. Bununla əlaqədar koreyalılar dekabrın 14-ü və 8-də Sohe şəhərində bir neçə raket sınağı keçiriblər.

Dekabrın 10-da ABŞ dövlət katibi Mayk Pompeo ABŞ və Rusiyanın KXDR-in denuklearizasiyasına kömək etməyə hazır olduğunu bəyan edib. Məqsəd Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlardan sonra formalaşıb.

Dekabrın 9-da ABŞ Prezidenti Donald Tramp isə KXDR-ə "hər şeyini itirmək" riski barədə xəbərdarlıq edib. Amerika liderinin fikrincə, belə bir nəticə Kim Çenin düşmənçilik hərəkətlərini dayandırmadığı təqdirdə baş verə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook