ABŞ nüvə silahı olan bütün ölkələri nüvə sınaqlarına moratorium elan etməyə çağırıb
Avqust 30
06:23
2023
ABŞ nüvə silahına malik olan bütün ölkələri bu növ silahların sınaqlarına moratorium elan etməyə və onu həyata keçirməyə davam etməyə çağırıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins BMT Baş Assambleyasının Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Gününə həsr olunmuş iclasında bildirib.
B.Cenkins əlavə edib ki, bu cür könüllü moratoriumlar nüvə silahı sınaqlarına qarşı beynəlxalq normanın qorunmasına kömək etsə də, ABŞ Nüvə Silahının Qadağan edilməsi haqqında Müqavilənin təmin edəcəyi hüquqi qüvvəyə malik qadağanın alternativinin olmadığını qəbul edir.
"Biz 1996-cı ilin sentyabrında Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ilk imzalayan tərəf olmuşuq. O vaxtdan bəri ABŞ istisnasız olaraq nüvə sınaqlarına moratoriuma riayət edir və biz nüvə silahına malik olan bütün ölkələri bu moratoriumu bəyan etməyə və ona əməl etməyə çağırırıq”, - o deyib.