ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyəyə xəbərdarlıq etdi: “Terror hazırlanır!”
Dekabr 11
14:34
2015
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyə hökumətinə ölkədəki rus turistlərə hazırlanan teraktla bağlı xəbərdarlıq edib.
İdarə teraktın dörd fələstinli tərəfindən həyata keçiriləcəyini, onlardan birinin İŞİD-in «canlı bomba»sı olduğunu açıqlayıb. Terrorçulardan 3-nün adı məlumdur – Camas Daqmaş Məhəmməd Mümtaz, Auman Nofəl Əhməd Abdalla, Rafət Abbas.
Mərkəzi Kəşfiyyat İdarəsindən onu da bildiriblər ki, bu şəxslərin oyktyabrın 31-də Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılmasında da iştirakı istisna deyil.



