ABŞ-də vitse-prezidentliyə namizəd ukraynalı generallarla danışmaq istəməyib
Avqust 08
06:50
2024
ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens 2023-cü ilin payızında Konqresdə Kiyevə bloklanan yardımı onunla müzakirə etmək istəyən Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri ilə əlaqə saxlamaqdan imtina edib.
Nəşr, senator Vens ilə blogger və sahibkar Çarlz Conson arasındakı yazışmaları əldə edib. 2023-cü ilin oktyabrında onlar ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edən respublikaçıların Ukraynaya yardım üçün büdcə ayırmalarına mane olmaq qərarını müzakirə ediblər.