Abramoviç Londondakı mülkünü və mənzilini satır
Mart 02
13:52
2022
İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç Londondakı daşınmaz əmlakını satmağı qərara alıb.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin üzvü Kris Brayant "Bloomberg"ə açıqlama verib.
O bildirib ki, səbəb krallığın rusiyalı milyarderə tətbiq etmək istədiyi sanksiyalardır: "Abramoviç sanksiyalardan qorxur. Buna görə də evini və mənzillərindən birini satmaq niyyətindədir".
Məşhur iş adamının Kensinqton Palas Qardens küsəində 150 milyon funt sterlinq dəyərində 5 yataq otağı olan mülkü var. Eyni zamanda, o, Temza çayının Çelsi sahilində üçmərtəbəli penthausun sahibidir. Abramoviç həmin mənzili 2018-ci ildə 22 milyon funt sterlinqə alıb.