Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)
Aprel 22
20:20
2024
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır.
İddia olunur ki, keçmiş rektor həmin ərazidə onu məhkəməyə verən Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edib. Həmin torpaq sahəsi Abel Məhərrəmovun həyat yoldaşı Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Məlumata görə, ərazidə Abel Məhərrəmovun villası var.
Qaynarinfo məsələ ilə bağlı keçmiş rektorla əlaqə saxlaya bilməyib. Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov isə bizmlə söhbətində məlumatı təsdiqləyib.
Polkovnik-leytenant torpaq sahəsinin Abel Məhərrəmovun həyat yoldaşının adına rəsmiləşdirildiyini təsdiqləyib:
"Bəli, torpaq onun xanımın adına rəsmiləşdirilib. Bunu mən sonradan bilmişəm. Mən məhkəməyə meraciət edəndə Abel Məhərrəmovun vəkili bildirdi ki, onun adına həmin ərazidə torpaq yoxdur. Sonradan araşdırdım məlum oldu ki, torpaq onun xanımının adınadır. Fərqi nədir ki? Nəticədə mənim torpağım zəbt olunub”.
Nazim Əmirov Abel Məhərrəmov və xanımı ilə yanaşı Tağıyev İlqar Nizami oğlu ilə Tağıyev Nizami Haqverdi oğlu adlı şəxsləri məhkəməyə verməsinə də aydınlıq gətirib:
Qlobal.az