"AAAF Park" vədinə əməl etmir?- Sakindən ŞİKAYƏT
Avqust 15
13:46
2016
Ölkədə fəaliyyət göstərən tikinti şirkətlərinin bəzilərinin yalan reklamlarla insanları cəlb etməyi artıq adi hala çevrilib. Müştərilərə öncədən vəd olunan yüksək keyfiyyət və xidmət çox vaxt sonradan unudulur. Tikinti şirkətlərinin müştərilər qarşısında üzərinə götürdüyü öhdəliklərin müddəaları isə əksər vaxt tamamlanmır.
Mətbuatda kifayət qədər reklam olunan, ancaq haqqında həm də yetərincə narazılıqlar edilən tikinti şirkətlərindən biri də "AAAF Park" İnşaatdır.
Bu şirkətin öhdəliyini yerinə yetirməməsi və komunal ödənişlərdəki maxinasiyaları barədə Qlobal.az saytına kompleksin sakini Vüsal Haqverdiyev tərəfindən şikayət məktubu daxil olub.
Küçə 22, bina 9, mənzil 19-da yaşayan Haqverdiyev Vüsal məktubunda yazır ki, komunal ödənişlərlə bağlı dəfələrlə kompleks rəhbərliyinə müraciət edib. Ancaq yaşayış kompleksinin rəhbərliyindən heç bir cavab ala bilməyib.
Vətəndaş daha sonra məktubunda qeyd edir ki, "Mən 2013-cü ilin sentyabr ayında ordan mənzil almışam. Bina hələ də tam olaraq təhvil verilməyib, binada qaz yoxdur. Bir neçə aydır ki, sakinlərdən mənzilin hər kv.m-i üçün 20 qəp kommunal ödəniş tələb olunur. Aylardır binanın önündə və sağ tərəfində tikinti işləri gedir. Evdə yaşamaq cətin vəziyyətə gəlib, toz-torpaq və səs-küydən pəncərələri açmaq, həyətdə maşın saxlamaq mümkün deyil. Bunlara baxmayaraq, sakinlərdən müqavilə ilə nəzərdə tutulan tam həcmdə kommunal ödəniş tələb olunmasını haqsız hesab edirəm. Fikrimcə, ən azından tikinti işləri bitənə qədər sakinlərə güzəşt edilməlidir."
Məsələ ilə bağlı AAAF Park Yaşayış Kompleksinin mətbuat xidmətinə müraciət etsək də bizi cavablandıran olmadı.
Xatırladaq ki, AAAF Park Yaşayış Kompleksi Abşeron rayonu, Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qlobal.az