Şolts: “Rusiya ilə hansı sülh şərtlərini qəbul edəcəyinə Ukrayna özü qərar verməlidir”
May 31
00:49
2022
"Rusiya ilə hansı sülh şərtlərini qəbul edəcəyinə Ukrayna özü qərar verməlidir. Qərbin gələcək sanksiya rejimi məhz belə razılaşmalardan asılı olacaq”.
"Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Tamamilə aydındır ki, yalnız Ukraynanın özünün doğru hesab etdiyi razılaşma Rusiyanın iqtisadi sabitliyinə sanksiyalarla bağlı kütləvi məhdudiyyətlərin nə vaxtsa sona çatmasına gətirib çıxara bilər”, - deyə o bildirib.
Şolts, həmçinin Rusiyanın qarşısına qoyduğu məqsədlərin əlçatmaz olacağını müdafiə edib.