SON XƏBƏR

2015-ci ilin ən bədbəxt ölkələri məlum oldu

Dekabr 30
17:11 2015
Avropa və Amerikada fəaliyyət göstərən iki böyük beynəlxalq araşdırma mərkəzi 100-ə yaxın ölkədə 70 min insan arasında keçirdikləri sorğuların ümumi nəticəsi olaraq ən xoşbəxt və ən bədbəxt insanların yaşadığı dövlətləri müəyyən ediblər.
 
Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, 2015-ci ildə insanların 40 faizi özünü xoşbəxt, 40 faizi isə bədbəxt hesab edib. 20 faiz isə öz əhvalının durumu haqqında dəqiq fikrə gələ bilməyib.
2015-ci ildə dünyada özünü xoşbəxt hesab edən insanlar ən çox Kolumbiyada yaşayır.
 
Bədbəxt olduqlarından ən çox şikayət edən ölkələrin əhalisi isə İraqYunanıstandan olanlardır.
 
Sorğunun maraqlı bir hissəsi isə insanların gələn ilə daha inamlı yanaşmalarıdır. Dünya ictimaiyyətinin 45 faizi 2016-cı ilin 2015-ci ilə nisbətdə uğurlu il olacağına inanır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook