10, 11-ci siniflər ləğv olunur? - AÇIQLAMA
Yanvar 12
11:40
2024
"Biz, həqiqətən də, 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”.
Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev "İTV”-yə müsahibəsində deyib.
Belə bir sistemlə dərslərin tədrisi nə qədər effektivdir?
Bu suallar əlaqədar təhsil eksperti Elçin Əfəndi "referans.az"-a açıqlamasında danışıb: "Ümumiyyətlə, konstitusiyaya və qanunvericiliyə əsasən, icbari təhsil ödənişsizdir. 9 və 11-ci siniflərdən – tam orta və ümumi orta təhsil bazasından biz şagirdləri buraxırıq. Yəni 9-cu sinifi bitirən və attestatını alan şagird təhsil almaq istəmədiyini bildirərək təhsilini dayandıra və məktəbi tərk edə bilər. Bu şəxslər fərqli sahələrə keçid ala bilər, kollecə, peşə məktəblərinə üz tuta bilər və yaxud da, ümumiyyətlə, təhsilinə davam etməyə bilər. Bu nöqteyi nəzərdən biz şagirdi müvafiq sinifə, yəni, 9-cu sinifə qədər müəyyən biliklərlə təmin etməliyik”.
Ekspert bildirib ki, 9-cu sinifi bitirən şəxslərin bütün tədris proqramını mənimsəməsi onların həyatlarında, gələcək karyeralarında olduqca vacibdir. Lakin dərs prosesi zamanı 9-cu sinifə qədər alınmış informasiyalar əhatəli formada deyil, daha lakonik və gündəlik həyatda istifadə ediləcək dərəcədə əhatəlidir.