SON XƏBƏR

Yusif Babanlı nazir müşaviri təyin edildi

Fevral 19
19:23 2016
Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının strukturunda ciddi dəyişikliklər edilib.
 
Strateq.az-ın əldə etdiyi məlumata görə, Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə akademiyada mövcud olan prorektor vəzifələri ləğv edilib, əvəzində isəTələbə-gənclərvə idman işləri üzrə müşavirlik postu yaradılıb.
 
Bu posta isə YAP-ın Nərimanov rayon təşkilatının sədri, YAP Gənclər Birliyi İdarə heyətinin üzvü Yusif Babanlı təyin edilib.
 
Xatırladaq ki, Yusif Babanlı tanınmış fəal YAP-çı gənclərdən sayılmaqla bərabər, həm dəprofessor, pedaqoji elmlər üzrə fəlsəfə doktorudur.
 
O, İctimai Televiziya ve Radio Yayımları Şirkətinin Yayım Şurasının, həmçinin Azərbaycan Boks Federasiyasi icraiyyəkomitəsinin uzvüdür.
 
4 monoqrafiya, 54 elmi məqalə, 5 metodik vəsait, 3 dərs vəsaitinin müəllifidir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook