SON XƏBƏR

Vaqif Mustafayev baş redaktoru işdən azad etdi - AÇIQLAMA

May 26
10:57 2017
"Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, teleşirkətin prezidenti Vaqif Mustafayev baş redaktorun işdən çıxarılması ilə bağlı dünən saat 15:00-da əmr imzalayıb.

Elman Gədikli unikal.org-a işdən azad olunmasını təsdiqləyib. O, bildirib ki, öz ərizəsi ilə işdən azad olunub: "Qardaşım rəhmətə getdi, 40-ı çıxmamış bacım dünyasnı dəyişdi. 11 il idi "Space”-də fəaliyyət göstərirdim. Adam bir yerdə çox işləyəndə yorulur. Bu səbəbdən işdən azad olunmağım üçün ərizə yazdım. Bir müddət istirahət etdikdən sonra Əməkdar Jurnalist olaraq ölkədki KİV-lərin birində çalışacağam”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook