SON XƏBƏR

Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə qərar verildi

May 09
18:58 2024
Məhkəmə "Abzas Media” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və "Məclis.info” saytının rəhbəri İmran Əliyev barədə qərar verib.

Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətlərə baxılıb və təmin edilməyib.

Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.//Report


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook