SON XƏBƏR

Sumqayıtda daha bir zavod tikiləcək

Fevral 24
09:34 2016
"Bakı əlvan metallar və ferroərintilər" şirkəti və Türkiyənin "Demora" şirkəti arasında zavod tikintisinə dair müqavilə imzalanıb Dünən Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Sənayenin inkişafında dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxışında ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlərdən danışıb, qeyri-neft sektorunun inkişafında sənaye zonaları, parkları və məhəllələrinin əhəmiyyətini vurğulayıb.
 
Qeyd edib ki, sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji məhsulun qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. Qeyd edib ki, sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. Bu prioritetlərə uyğun olaraq, sənayenin inkişafına dövlət dəstəyi, eləcə də yeni istehsal sahələrinin yaradılması və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.
 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların özəl bölmənin inkişafında əhəmiyyətini vurğulayıb, həyata keçirilən tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına yeni imkanlar yaratdığını deyib.
 
"Mətanət-A" şirkətinin direktoru Elxan Bəşirov, "Bakusteel Company" MMC-nin vitse-prezidenti Ramin Kərimov, "Bakı əlvan metallar və ferroərintilər" şirkətinin icraçı direktoru Şamil Rzayev, Türkiyənin "Damora" şirkətinin rəhbəri Rafət Vergili təqdimatlarla çıxış edib, təmsil etdikləri şirkətlərin fəaliyyəti və inkişaf istiqamətləri barədə məlumat veriblər.
 
"Palitra" xəbər verir ki, tədbir çərçivəsində "Bakı əlvan metallar və ferroərintilər" şirkəti və Türkiyənin "Demora" şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkında ferroərintilərin istehsalı üzrə zavodun tikilməsinə dair müqavilə imzalanıb. "Bakusteel Company" MMC-nin vitse-prezidenti Ramin Kərimov jurnalistlərə bildirib ki, "Bakı əlvan metallar və ferroərintilər" şirkəti 2017-ci ilin əvvəlində Sumqayıt Kimya Sənaye Parkında ferroərintilərin istehsalı üzrə zavod istifadəyə verməyi planlaşdırır.
 
Qeyd edilib ki, Türkiyənin "Demora" şirkəti zavod üçün 16 milyon dollar məbləğində texnoloji avadanlıq verəcək. 7-8 milyon dollara başa gələcək müəssisənin tikintisini Azərbaycanın yerli şirkətləri həyata keçirəcəklər.
 
Zavodda ferrosilisium, ferrosilikomanqan və ferroxrom istehsal olunacaq. Ferrosilisium üçün ümumi orta illik istehsal gücü 25 min ton, ferrosilikomanqan üçün 50 min ton nəzərdə tutulub. Gələcəkdə ferrobor və ferromolibden istehsalı da planlaşdırılır. Zavodda 150 nəfər işçi çalışacaq. Layihə tam müasir, avtomatlaşdırılmış bir istehsal sahəsi olacaq.
 
Zavodun tikintisi üzrə işlər 8 ay davam edəcək, sonra "Demora" şirkəti avadanlıqların tədarükünə başlayacaq. Ümumilikdə, zavodun tikintisi, avadanlığın quraşdırılması və müəssisənin işə düşməsi üçün 13-14 ay vaxt lazım olacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook