SON XƏBƏR

“Üstündə nəsə tutulmayıb ki...” - Həbs olunan rəisin atası danışdı

Noyabr 06
11:27 2017
Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb.

Qlobal.Az xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir:

"3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook