SON XƏBƏR

Sərhəd qoşunlarında silah tuta bilməyən əsgər nümunəvi əsgərə belə çevrildi- VİDEO

Yanvar 18
16:09 2017
Təxminən bir il əvvəl sosial şəbəkələrdə hərbi geyimli bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.
 
Bu video sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu iddia edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.
 
Hətta buna görə, bəzi dövlət qurumları da ittiham obyekti olmuşdu.
 
Lakin həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.
 
Qlobal.az "Azeridefence”ə istinadla Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir.
 
Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook