SON XƏBƏR

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Dekabr 08
03:12 2016
Xəbər verildiyi kimi, Moskvadakı "Crocus City Hall” konqres zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu işə başlayıb.
 
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər. "RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur” mövzusunda keçirilən forumda qonaqlar ilk öncə "Müstəqil Azərbaycan – 25 il” mövzusunda sərgi ilə tanış olublar.

Forumda "Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, 2017-ci il Rusiyada ekologiya ili – Azərbaycan gəncliyinin töhfəsi”, "RAGB-nin diasporun möhkəmlənməsində rolu” və "Gənclər biznesdə: startapların yaranması və inkişafı” mövzularında plenar iclaslar keçirilib.
 
24saat.org saytını elektron ünvanına tədbirdən sonra iştirakçı gənclərin "Xəzər TV”-nin mikrofonunu əllərində tutaraq Azərbaycanı bölgələrə bölüb lağ etdiyinə dair görüntülər daxil olub. Həmin görüntüləri olduğu kimi təqdim edirik:





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook