SON XƏBƏR

Qida Təhlükəsizliyi Agentliyi təhlükəli mal satan şirkətlə də anlaşıb?

May 19
01:22 2018
Azərbaycan əhalisi illərdir ki, qida təhlükəsizliyi baxımından Allahın ümidinə və ayrı-ayrı dövlət qurumları məmurlarının vicdana güvənib piştaxtalara çıxan məhsulları istehlak edirdi. Ortada acınacaqlı bir durum vardı: At, eşşək, hətta yırtıcı heyvanların ətindən kolbasa və sosiska məhsullarının hazırlanması haqda faktlar ortayı çıxır, heç nə olmamış kimi dövlət qurumların susqunluq nümayiş etdirib üstündən keçirdilər. Ən yaxşı halda 1-2 şəxsi cərimələyib işlərini bitmiş hesab edirdilər. 

Bu hələ harasıdır? Sumqayıtda dəniz sahilindən suiti, it, ölü quşların sir-sümüklərini yığan şəxsləri polis saxlamışdı. Məlum olmuşdu ki, cəmdəklərdən toplanan sümüklər sonradan üyüdülərək kəllə qənd və qənd istehsalında istifadə üçün toplanıb! Belə faktlar sadalanmaqla bitməzdi.

İllərdir ki, mətbuat belə naqisliklər haqda yazır, həyəcan təbili çalır, dövlət qurumlarının hərəkətə keçməsini şərtləndirirdi. Amma bütün bunlar keyfiyyətsiz mal istehsal edən, belə malların istehsalı zamanı cinayətə bərabər əməllərə yol verən işbazların qarşısının alınması üçün yetərli olmurdu. 2017-ci ilin noyabrında prezident İlham Əliyevin fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. 2018-ci il yanvarın 1-dən etibrən fəaliyyətə başlayan Agentliyin rəhbəri Qoşqar Təhməzli təyin olundu. Artıq 5 aydır ki, Agentlik fəaliyyətdədir və bu müddət ərzində hələlik qida təhlükəsizliyi sahəsində hər hansı bir müsbət dəyişiklik nəzərə çarpmır. Agentliyin ən müxtəlif dövlət qurumları ilə anlaşması haqda məlumatlardan (bu anlaşma nəyə lazımdır bilinmir, guya başqa dövlət qurumları anlaşmayıb işləyə bilmirlər ki? – E.M), sədrinin sərgilərə qatılması haqda xəbərlərdən savayı əməli fəaliyyəti ortada yoxdur.

Mətbuatda tirajlanan, birbaşa əhalinin qida təhlükəsizliyini təhdid edən məlumatlara belə Agentlik rəsmiləri laqeyd münasibət sərgiləyirlər.

Səbəb nədir? Agentliyin qarşısına qoyulan əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdirsə, sərgilənən münasibət qarşıya qoyulan vəzifəyə ziddir axı.

Məsələn, "Yeni Müsavat”ın 14 may 2018-ci il tarixli sayında "Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar” (http://musavat.com/news/koroglu-mmc-de-eldar-mahmudov-cetesinin-izleri-sensasion-faktlar_526376.html) sərlöhvəli yazı dərc olunub. İctimai vəkil Samir Zeynalovun olduqca ilginc açıqlamalarına əsaslanan yazıda vətəndaşlara təhlükəli, vaxtı keçmiş, zibilliyə atılmalı ərzaq məhsulları satılmasından söhbət gedirdi.
Həmin yazıdan sitat: "Göründüyü kimi, "Koroğlu” MMC-nin rəhbərlik səviyyəsində neqativ təmayüllü uzun tarixi əhatə edən əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti haqqında real təsəvvür yaradır. Nəticə etibarı ilə onu da qeyd edim ki, "Koroğlu” MMC tərəfindən istehlaka təqdim edilən mallar külli miqdarda son istifadə müddətləri bitməsinə rəğmən belə müəssisədə yenidən qablaşdırılaraq istehlaka təqdim edilir. Bununla da ölkə miqyasında görünməmiş antimilli, antisosial, xəyanət tərkibli əməllərə imza atılır”.



Mansur Piriyev

Açıqlamada yer alan iddiaların yoxlanılması, müvafiq tədbirlərin görülməsi vəzifəsini daşıyan Agentliyə 3 gün əvvəl məsələ ilə bağlı sorğu verdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev yazılı qaydada yolladığımız sorğunu təqdim edirik:

"İctimai vəkil Samir Zeynalov "Yeni Müsavat”a açıqlamalarında "Koroğlu” MMC-də köhnə, vaxtı keçmiş, mağazaların piştaxtalarından geri qaytarılan yeyinti məhsullarının MMC-dəki xüsusi anbarda yenidən qablaşdırılaraq yeni məhsul adı ilə satışa çıxarılması haqda məlumat verib.

1. Qida Təhlükəsizliyi Agentliyi ictimai vəkilin verdiyi bu məlumatları araşdırıbmı? 
2. Müvafiq araşadırma aparılıbsa, nəticəsi haqda məlumatı bölüşün.

Üç gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin xidmət rəhbərinə yolladığımız sorğuya cavab veriləcəyi təqdirdə oxucularımıza təqdim edəcəyik.

(Mənbə: Musavat.com)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook