SON XƏBƏR

Qarabağa qanunsuz səfər edən bloger Bakıda (VİDEO)

Noyabr 14
13:21 2018
Hindistanlı səyyah bloger Deepanshu Sangwan (Adı "YouTube"də belə qeyd olunub) qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət edib.

Qlobal.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, hindistintanlı təxribatçı Azərbaycan torpaqlarında çəkdiyi videoları "YouTube"də paylaşıb. O, videolarında Qarabağı müstəqil respublika kimi qələmə verir və erməni işğalçılarının leyhinə açıq-aşkar təbliğat aparır. 

Bu barədə Qaynarinfo-ya məlumat verən Elşən Rəhimov adlı oxucu bildirir ki, Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş bloger hazırda ölkəmizdədir. 

Elşən Rəhimov Deepanshu Sangwan ölkəmizə gəlməzdən əvvəl bu barədə Azərbaycanın Hindistandaki səfirliyinə məlumat verib və onun "arzuolunmaz şəxslər" siyahısına salınmasını xahiş edib. Lakin səfirlik məsələyə biganə münasibət göstərib və səfərin qarşısı almayıb. 

Qeyd edək ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımıza icazəsiz səfərləri qadağan edib. Bu qadağanı pozanlar "arzuolunmaz şəxslər" siyahısına salınır.

Deepanshu Sangwanın işğal olunmuş Azərbaycan ərazilərindəki videoları:
 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook