SON XƏBƏR

MSK 57 saylı Seçki Dairəsindəki qanun pozuntularını niyə araşdırmır? - VİDEO

Fevral 15
13:41 2020
Azərbaycanda 9 fevralda keçirilən parlament seçkisi bir çox dairələrdə baş verən kobud qanun pozuntuları ilə yadda qaldı. 
 
Qlobal.az xəbər verir ki, total saxtakarlığın baş verdiyi dairələrdən biri də 57 saylı Kürdəmir seçki dairəsi idi. 
 
Bu dairənin əksər məntəqələrində baş verən "karusel", seçki qutusuna topa bülletenlərin atılması, seçkidən sonra məntəqələrdə protokolların tərtib edilməməsi hallarını özündə əks etdirən çoxsaylı video materiallar sosial şəbəkələrdə və mediada yayımlanıb. 
 
Eyni zamanda seçki qurtaran saat baş verən saxtakarlığa etiraz olaraq 57 saylı seçki dairəsindən deputatlığa namizədlər birgə bəyanatla da çıxış etdilər. 
 
Ortada bu qədər ciddi faktların olmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) fevral ayının 13-də keçirdiyi iclasda 57 saylı Seçki Dairəsində baş verən qanunsuzluqları araşdırmadı. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə bu gün MSK-nın növbəti iclası keçiriləcək. 
 
57 saylı Kürdəmir Seçki dairəsindən deputatlığa namizədlər MSK-nın bu dairədə baş verən qanun pozuntularını ciddi araşdıracağına ümid edirlər. 
 
Xatırladaq ki, MSK fevral ayının 13-də keçirdiyi iclasda 33, 35, 74 və 80 saylı Seçki Dairələrinin nəticələrini ləğv edib. 
 
Qlobal.az
 

 
 
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook