SON XƏBƏR

Mənzil İnşaatı Dövlət Agentliyi ilk 6 binanın tikintisinə başlayır

Dekabr 30
10:52 2016
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA” MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal sahil hissəsi) yaşayış kompleksinin tikintisi üzrə açıq tender elan edib. "Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
 
Məlumata görə, tender 4 lot üzrə keçirilir. Bunlardan 3-ü, hər biri 2 ədəd çoxmənzilli yaşayış binasının (qeyri-yaşayış sahəsi ilə birlikdə) tikintisini nəzərdə tutur. 4-cü lot isə elektrik təminatı sisteminin quraşdırılması ilə bağlıdır.
 
İlk 3 lot üzrə iştirak haqqı ayrı-ayrılıqda 500 manat, sonuncu lot üzrə iştirak haqqı isə 300 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 3-nə qədər, tender təklifini isə fevralın 13-nə qədər MİDA-nın ofisinə (Bakı şəhəri, Atatürk prospekti,57C) təqdim etməlidirlər (əlaqələndirici şəxs - Zahid Vəliyev).
 
Təkliflərə fevralın 14-də baxılacaq.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook