SON XƏBƏR

Kreditini ödəyə bilməyən azərbaycanlılar aksiyaya başladı

Fevral 25
11:19 2017
Fevralın 24-də Saqareco rayonundakı azərbaycanlıların kompakt yaşadığı Ləmbəli və Yor-Muğanlı kəndlərində etiraz aksiyası keçirilib.

Qlobal.Az APA-ya istinadən xəbər verir ki, krediti ödəməyə imkanları olmayan kənd sakinləri hökumətdən kredit faizlərinin ödənilməsinin təxirə salınmasını tələb ediblər.

Etiraz aksiyasında iştirak edən sakinlər heyvandarlığın inkişafı üçün götürdükləri kreditlərə qoyulan faizlərin düzgün hesablanmadığını bildiriblər. Sakinlərin dediklərinə görə, faizlərin ödənilmə vaxtı keçdiyindən banklar onların əmlakını hərraca çıxarıb.

Aksiya iştirakçıları həmçinin bildiriblər ki, banklar onlara heyvandarlığın inkişafı üçün kredit vermək təklifini edəndən müəyyən bir müddət sonra faizlər artıb və kredit götürənlərin ödəmə imkanı tükənib. Onlar problem həll edilmədiyi halda kütləvi etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook