SON XƏBƏR

İsveçrə ölkəmizdə vaqon zavodu tikəcəkmiş...- Layihənin fiaskosu

Yanvar 18
19:44 2016
Isveçrədə çıxan "Tages Anzeiger" qəzetinin 12 yanvar sayında Azərbaycanla bağlı maraqlı bir məqalə dərc olunub.
 
Məqalədə ölkənin əsas vaqon istehsalcisi "Stadler Rail" şirkətinin Azərbaycan, Özbəkistan və Gürcüstan kimi ölkələrin bazarlarına çıxış üçüb Xəzər sahillərində vaqon istehsalı ilə məşğul olacaq zavod tikməyi planlaşdırmasından bəhs olunur. Yazıda qeyd olunur ki, bu layihənin gerçəkləşdirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev şəxsən təməlqoyma mərasimində iştirak edib və bu üzdən Peter Spuhler optimist idi. Yazıda bildirilir ki, hər il 50 Stadler vagonu Azərbaycanin ikinci böyuk şəhəri olan Gəncəni tərk edib sifarişçilərin ünvanına yollanmalıydı. Bu 200-250 iş yerinin açılması demək idi. Sonradan iş daha da böyüyəcək, Azərbaycandakı zavod regional baza rolunu oynayacaq, Gürcüstan və Özbəkistanla yanaşı, Türkiyəyə də qatar vaqonları satılacaqdı.
 
Qəzet yazır: "O vaxtlar açılış mərasimində iştirak edən „St. Galler Tagblatt"ın yazdığına görə, Spuhler növbəti 10 il ərzində 1.8 milyard frank dövriyyə qazanacagına ümid edirdi. "Stadler Rail o zamanlar Azərbaycanda yerli şirkətlə əməkdaşlığa razılaşmışdı və ümumi nəzarət paketinin 51%-nə nəzarət etməliydii. 2016-cı ildə zavid istifadəyə verilməliydi. Spuhler deyirdi ki, yerli istehsali kənara çıxarmaq ücün yeni bazarlar əldə ediləcək". Bu söhbətin 2014-cü ildə olduğunu yazan qəzet qeyd edir ki, üstündən 14 ay keçəndən sonra "Stadler"in ofisində hər şey başqa cür səslənir.
 
Şirkətin məsul işçisi Marina Vinder deyir ki, əməkdaşlıq baş tutmayib: "Bu günkü vəziyyət belədir ki, Azərbaycan tərəfi daha kooperativ əməkdaşlığı arzulamır. Lokal əməkdaş geri şəkilib. Bir vaxtlar imzalanmış niyyət müqaviləsi gerçəkləşməyəcək. Buna baxmayaraq, Azərbaycanda Isveçrə qatarları hərəkət edəcək. Dəmiryol idarəsi "Stadler"ə 30 yataq vaqonu ve 5 regional qatar sifaris verib. Winder deyir ki, bu müqavilələrə təhlükə yoxdur. Qəzet yazır ki, "Stadler"in rəsmi təmasda oldugu qurum Intenational Railway Distribution LLC adli Azərbaycan firmasidir. TA-nin araşdırmaları zamanı məlum olub ki, heç bir sey deməyən bu adınn arxasında nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus Garant-Gruppe adlı holdinq durur.
 
"Tages Anzeiger" qeyd edir ki, Azərbaycanla bağlı bu layihə "Stadler"in Şərqi Avropada uğursuzluğa düçar olmuş ikinci layihəsidir. Qəzet bu layihənin baş tutmamasının əsas səbəbinin Azərbaycanın milli valyutasının dəyərdən düşməsiylə və nəqliyyat naziri Ziya Məmmədovun öz nüfuz dairəsini itirməsiylə izah edir.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook