SON XƏBƏR

«İdeal-İ-İnşaat» MMC-nin direktoru haqda yeni iddialar - İTTİHAM VAR

Fevral 22
10:15 2016
Abbasov Şahin Bəiş oğlu tərəfindən Pravdainfo.org-a daxil olan şikayət məktubuna görə, son vaxtlar adı qalmaqallarda hallanan «İdeal-İ-İnşaat» MMC-nin direktoru İsa Məmmədov (hazırda xarici ölkələrin birində istirahətdə olduğu bildirilən) və onun əmisi oğlu və şəriki Məmmədov Çingiz Əkbər oğlu yüzlərlə vətəndaşa bir mənzili bir neçə dəfə satıb...
 
Bu səbəbdən onlar ötən il DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb həm də adı çəkilən podratçı MMC-nin 10 ilə yaxındır sifarişçi "Baku Qrup” adlı MMC ilə bağladığı müqavilə şərtlərini yerinə yetirməməsi, sifarişçinin xəbəri olmadan Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasındakı mənzilləri satıb pulunu mənimsəməsidir. Məlumatda o da bildirilir ki, hər iki məsul şəxsin barəsində artıq bir müddət imiş ki, həm binanın sifarişçisi "Baku Qrup” adlı MMC-nin, həm də həmin binada pulunu tam ödəsə də mənzillərinə köçə bilməyən onlarla (siyahı "bizdədir) vətəndaşların İsa və Çingiz Məmmədovların qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova... şikayət ərizəsi göndərilmişdir.
 
Həbsin təfsilatı barədə az sonra geniş məlumat veriləcək.
 
***
 
Qeyd edək ki, İsa Məmmədovun qanunsuz əməlləri barədə hələ bir müddət əvvəl «Təzadlar» qəzeti son saylarında vətəndaşların şikayəti əsasında geniş yazı dərc edib. Şikayət məktubunda deyilirdi: «Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) "İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin "İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir.
 
Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq «direktorluqdan çıxaraq» özünün "İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu «direktor» təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər.
 
Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi "Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, «Baku Qrup»la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun "İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu "İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır.
 
Mənzillərimizin pullarını da biz bu "İdeal-İ İnşaat” MMC-yə vermişik. "İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər. Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, «Pravdainfo.org" vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun "İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq.
 
Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və "İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın. Hörmətlə, Şikayətçılər: Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları».
 
***
 
"Pravdainfo.org"un Araşdırma Qrupu
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook