SON XƏBƏR

Gəncədə tikinti-quruculuq işləri davam etdirilir

Yanvar 14
12:31 2016
Azərbaycanda sosial və infrastruktur layihələri uğurla davam etdirilir. Gəncədə 4 ümumtəhsil məktəbi və 3 uşaq bağçası əsaslı təmir olunur, mədəniyyət ocaqları, biznes mərkəzi tikilir.
 
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, təməli 2012-ci il yanvarın 21-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulan Gəncə Dövlət Filarmoniyasının tikintisi davam etdirilir. Burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq yay kinoteatrı, rəsm qalereyası, baxış qülləsi, iaşə obyektləri, yeraltı qaraj və yardımçı otaqlar tikilir. Filarmoniyanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri də ucaldılacaq.
 
Gəncə Biznes Mərkəzinin tikintisində də tamamlama işləri aparılır. Yüksək zövqlə inşa edilən bina şəhərin ümumi görünüşünə əlavə gözəlik qatacaq. Eyni zamanda, Gəncənin 1 və 41 nömrəli məktəbləri əsaslı təmir olunur. Binaların dam örtüyü yenilənir, fasadları üzlənir. 14 və 44 nömrəli məktəblərin isə istilik sistemi, sanitar qovşaqları yenilənir, binaların qapı və pəncərələri dəyişdirilir. Təmir-bərpa işləri 1, 31 və 44 nömrəli uşaq bağçalarında da aparılır. Şəhərin yol infrastrukturu yaxşılaşdırılır. Küçə və prospektlərə yeni asfalt örtüyü çəkilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook