SON XƏBƏR

Gənc alimimiz beynəlxalq assosiasiyaya üzv seçildi

May 15
13:12 2018
Gənc kimyaçı alimimiz Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib

Qaynarinfo xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova seolitlər sahəsindəki nailiyyətlərinə və nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələrinə görə Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib.

Qeyd edək ki, dünyanın bir neçə ölkələrinin elm ocaqları ilə əməkdaşlıq edən alim seolit elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.
 
Belə ki, gənc alim Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru adına layiq görülüb, Новый Университет (Yeni Universitet, Rusiya) və American Journal of Modern Physics (Müasir fizikanın Amerika jurnalı) və İnorganic chemistry (Qeyri üzvü kimya) beynəlxalq jurnallarının redaksiya heyətinə üzv seçilib.
 
Günel Məmmədovanın bir neçə məqaləsi ABŞ-ın nüfuzlu "Şüşənin fizikası və kimyası” (Glass Physics and Chemistry) jurnalında rus və ingilis dillərində işıq üzü görüb. Onun "Mürəkkəb alümosilikatlarda termal və hidrotermal çevrilmələr” və "Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi” monoqrafiyaları Almaniyada Lambert Akademik Nəşriyyatı tərəfindən nəşr edilib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook