SON XƏBƏR

Füzuli meydanı ləğv edilir

Noyabr 03
02:43 2016
Bakının ən məşhur və gözəgəlimli meydanlarından birini – Akademik Milli Dram Teatrının qarşısındakı Füzuli meydanını ləğv etməyə hazırlaşırlar. Bu barədə"Azəravtoyol” ASC-nin yaydığı məlumatdan aydın olur.
 
Məlumatda deyilir ki, Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsi çəkilib. Hazırda Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi nəzərdə tutulur.
 
Aparılan işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində dəyişikliklər nəzərdə tutulub. Belə ki, Füzuli meydanı ləğv ediləcək, Füzuli küçəsi Nərimanov prospektinə qədər uzadılacaq. Nəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobusların hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.

Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairədə də baş verəcək. Belə ki, İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan nəqliyyat vasitələri üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq. Onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək. Nəqliyyat vasitələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkətlərinə davam edə biləcəklər.
 
Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət Abdulla Şaiq küçəsi vasitəsi ilə təmin olunacaq. Sözügedən ərazidə dəyişikliklər həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də N. Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook