SON XƏBƏR

Azərbaycanlı zəvvarların “Kərbəla müsibəti” - Girov saxlanıldılar.../ VİDEO

Dekabr 06
10:30 2016
Kərbəla ziyarəti təşkil edən şirkətlərdən biri "Sarvan Turizm” azərbaycanlı zəvvarlara müsibət yaşadıb, başlarına oyunlar açıb.

Bu barədə BakiPost.az-a şirkət vasitəsilə Kərbəlaya gedən zəvvarlar məlumat verib. Onların sözlərinə görə, turizm şirkəti apardığı zəvvarların otel pulunu ödəməyib və onları Azərbaycana gətirməkdən imtina edib.

Ziyarətgaha yollananlardan olan Tağı Yusifov deyib ki, 3 gün 2 gecə qaldıqları oteldən çıxmaq istəyərkən onları girov saxlayıblar. Səbəb isə şirkətin borclu olduğu pulu ödəməməsi olub: "Əvvəla biz elə bir otelə yerləşdirilmişdik ki, bir otaqda 3 nəfər əvəzinə 5 nəfər qalırdıq. Oteldən çıxarıldığımız gün isə pasportlarımızı vermədilər. Səbəbini soruşanda dedilər ki, 2100 manat borcunuz var. Otelin pulu ödənilməyib. Halbuki bütün zəvvarlar pulu əvvəlcədən şirkətə ödəyib yola düşüb. 

Saat 12-də bizi oteldən çıxardılar, düz saat 21:00-a kimi Kərbəla çöllərində soyuqdan əsə-əsə qaldıq. Aramızda arva-uşaq var idi. Onların halı lap pis olmuşdu”.

T.Yusifov bildirir ki, şirkətin sahibi Mirzəcan adlı şəxs onları axşama kimi aldadaraq pulu ödəyəcəyinə söz verib: "Bizim qrupun rəhbəri hər dəqiqə onlarla əlaqə saxlayırdı. Mirzəcan deyirdi ki, qohum-əqrabadan pul yığıram, ödəyəcəyəm. Beləcə axşam 9-a kimi çöldə dona-dona gözlədik. 9-da isə artıq Mirzəcana zəng çatmırdı”.

Sözügedən qrupda olan zəvvarlardan digərinin sözlərinə görə, orada pasportları qaytarılmayan və girov qalan əlavə 6-7 qrup da olub: "Həmin qrupun da zəvvarları bizim kimi gəlməyə nə avtobus tapırdı, nə də pasportlarını ala bilirdilər. Biz ağsaqqallıq elədik, hər kəsin əlində nə qədər pul var idi, yığdıq, otelin pulunu ödədik”.

Zəvvarlar otelə 1500 dollar ödədikdən sonra onları girovluqdan azad ediblər.

Zəvvarların "Sarvan Turizm”dən olan digər şikayəti isə nasaz avtobusla bağlıdır: "2 sutkaya gedilməli olan yolu biz 5 sutkaya getdik. Həm köhnə avtobus idi, həm də 45 nəfərlik avtobusa 56 adam mindirmişdilər. Maşın tez-tez xarab olurdu. Camaat çox əziyyət çəkdi. Ayaqlarımız şişdi, hamı narazılıq edirdi. Biz şirkətdən həm də buna görə narazıyıq ki, ucuz və xarab avtobusla yola salıblar bizi. Fikirləşməyiblər ki, 6-7 min km yol gedəcəyik, maşın saz olmalıdır”.

Kərbəla ziyarətindən öz hesablarına qayıdan zəvvarlar bu məsələnin aidiyyəti qurumlar tərəfindən işin araşdırılmasını tələb edir.
 

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook